• 11.03.2026 » 14:50

AFFA "Neftçi"ni bu pankarta görə 15 000 manat cərimələdi

AFFA "Neftçi"ni bu pankarta görə 15 000 manat cərimələdi © sabirabadxeber.az
Şrift ölçüsü:

AFFA "Neftçi"ni 15000 manat cərimələyib.

"Sabirabadxəbər" xəbər verir ki, bu barədə İntizam Komitəsinin bu gün baş tutan iclasında qərar qəbul edilib.

Buna Azərbaycan Premyer Liqasının XXIII turun “Neftçi” – “Turan Tovuz” oyununda "ağ-qara" azarkeşləri tərəfindən təhqiredici pankart açılması səbəb olub. Həmçinin, "Neftçi” komandasının azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 5-ci dəfə təkrarlandığına görə paytaxt klubu 8000 manat cərimələnib.

Bununla yanaşı, “Şamaxı” – “İmişli” oyununda qonaq komandada 5 nəfər sarı vərəqə aldığı üçün “İmişli” 700 manat cərimələnib.

“Zirə” – “Kəpəz” oyununda “Kəpəz” komandasının 4 futbolçusu sarı vərəqə aldığından gəncəlilər 700 manat ziyana düşüb.

N.Quliyeva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva