• 01.03.2026 » 10:18

Azərbaycan Premyer Liqası: Lider "Sabah" "Qarabağ"la qarşılaşacaq

Azərbaycan Premyer Liqası: Lider "Sabah" "Qarabağ"la qarşılaşacaq © sabirabadxeber.az
Şrift ölçüsü:

Misli Premyer Liqasında XXII tura bu gün yekun vurulacaq.


"SABİRABADXƏBƏR" xəbər verir ki, turun son oyun günündə iki qarşılaşma baş tutacaq.


Günün ilk matçında "Turan Tovuz" "Azersun Arena"da "İmişli"ni qəbul edəcək. "Turan Tovuz" hazırda 40 xalla üçüncü pillədə qərarlaşıb. 20 xala malik "İmişli" isə 9-cu yerdədir.


Turun mərkəzi qarşılaşmasında isə "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda "Sabah"la üz-üzə gələcək. "Sabah" 52 xalla turnir cədvəlinə başçılıq edir. İkinci pillədə yer alan "Qarabağ"ın isə 45 xalı var.


Misli Premyer Liqası


XXII tur


1 mart


16:30. "Turan Tovuz" - "İmişli"


Hakimlər: Fərid Hacıyev, Namiq Hüseynov, Rəhman İmami, Alik Yunusov


VAR: Əli Əliyev


AVAR: Elvin Bayramov


Hakim-inspektor: Ömər Paşayev


AFFA nümayəndəsi: Anar Şixəliyev


"Azersun Arena"


19:00. "Qarabağ" - "Sabah"


Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Əkbər Əhmədov


VAR: Elçin Məsiyev


AVAR: Müslüm Əliyev


Hakim-inspektor: Munis Abdullayev


AFFA nümayəndəsi: Emin Cəfərov


Tofiq Bəhramov adına Respublika Stadionu


Qeyd edək ki, turun daha əvvəl keçirilmiş matçlarında "Kəpəz" "Sumqayıt"ı (3:0), "Zirə" "Araz-Naxçıvan"ı (1:0) məğlub edib. "Neftçi" - "Şamaxı" (2:2) və "Qəbələ" - "Karvan-Yevlax" (1:1) görüşlərində isə qalib müəyyənləşməyib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva