• Bu gün, 10:29

Sabah sərbəst qəbul başlayır

Sabah sərbəst qəbul başlayır © sabirabadxeber.az
Şrift ölçüsü:

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 5 məktəbdə boş qalan yerlərə sərbəst (prioritetsiz) qəbul aparılacaq.

Bu barədə "Sabirabadxəbər"ə BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, iyulun 29-u saat 11:00-dan etibarən tədrisi digər dildə aparılan bölmə üzrə uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 5 məktəbdə boş qalan yerlərə sərbəst (prioritetsiz) qəbul aparılacaq.

Qeyd edilən tarixdən sonra məktəb və müəllim seçimində üstünlük hüququ nəzərə alınmayacaq.

Müvafiq ümumi təhsil müəssisələrinin siyahısı:

Bakı şəhəri Tahir Həsənov adına 23 nömrəli tam orta ümumtəhsil məktəbi

Bakı şəhəri Tofiq İsmayılov adına 6 nömrəli məktəb-lisey

Bakı şəhəri "Zəngi" liseyi

Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksi

Bakı şəhəri 132-134 nömrəli Təhsil Kompleksi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva