• 18.02.2026 » 14:48

Azərbaycanın üç klubu azarkeşlərinə görə cərimələndi

Azərbaycanın üç klubu azarkeşlərinə görə cərimələndi © sabirabadxeber.az
Şrift ölçüsü:

Azərbaycanın üç klubu - "Kəpəz", "Neftçi" və "Sumqayıt" azarkeşlərinə görə cərimələnib.

"Sabirabadxəbər az" xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.


Misli Premyer Liqasının XX turunda baş tutan "Kəpəz" – "Neftçi" matçında yol verilən qayda pozuntuları hər iki klubun büdcəsinə təsir edib. "Kəpəz"in futbolçusu Məqsəd İsayev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq diskvalifikasiya olunub, klub isə 1 000 manat cərimə edilib.


Eyni oyunda "Kəpəz" azarkeşlərinin rəqibin ünvanına kütləvi təhqirləri cari mövsümdə 4-cü dəfə təkrarlandığı üçün klub daha 8 000 manat cərimələnib. Həmçinin "Neftçi" komandası da azarkeşlərinin təhqiramiz ifadələrinə görə 8 000 manat cərimə olunub.


"Araz-Naxçıvan" – "Sumqayıt" matçında 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün meydan sahibləri 700 manat cərimə edilib. "Sumqayıt"ın hücumçusu Aleksandr Ramalinqom təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığına görə 3 oyunluq cəzalandırılıb, klub 3 000 manat cərimə olunub.


Bundan əlavə, "Sumqayıt" azarkeşləri rəqib komandanı və hakimləri kütləvi şəkildə təhqir etdikləri üçün klub daha 6 000 manat cərimə edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva