Şrift ölçüsü:
Çap et
🥋 Sabirabad rayonunun cüdoçuları U-14 və U-17 Aran-Mil-Muğan bölgəsi üzrə Region Birinciliyində uğur qazanıblar
U-14 və U-17 yaş qrupları arasında keçirilən Aran-Mil-Muğan bölgəsi üzrə Region Birinciliyində Sabirabad rayonunun cüdoçuları uğurlu çıxış ediblər.
Yarışın nəticələrinə əsasən, Sabirabad rayonunu təmsil edən 6 idmançı Azərbaycan Çempionatında lisenziya qazanıb.
Bu münasibətlə idmançılarımızı və onların şəxsi məşqçisi İsmayıl Mehralıyevi ürəkdən təbrik edirik.
Kopyalandı








