Şrift ölçüsü:
Çap et
"Sabirabadxəbər.az" xəbər verir ki, Avtobusda cibgirlik edən şəxs tutulub
🟥Xətai rayonu ərazisində sərnişin avtobuslarının birində vətəndaşa məxsus, içərisində qızıl-zinət əşyaları və bank kartı olan pul kisəsinin oğurlanması barədə polisə müraciət daxil olub.
🟥Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində cibgirlik etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 58 yaşlı Pünhan Umudov müəyyən edilərək saxlanılıb.
✅Araşdırmalar zamanı məlum olub ki, həmin şəxs oğurladığı qızıl-zinət əşyalarını 730 manat müqabilində satıb, bank kartı vasitəsilə isə müxtəlif marketlərdə 900 manat məbləğində alış-veriş edib.
✅Faktla bağlı araşdırmalar davam etdirilir.
Kopyalandı



