sabirabadxeber.az / Avtobusda cibgirlik edən şəxs tutulub -video

Avtobusda cibgirlik edən şəxs tutulub -video

"Sabirabadxəbər.az"  xəbər verir ki, Avtobusda cibgirlik edən şəxs tutulub


🟥Xətai rayonu ərazisində sərnişin avtobuslarının birində vətəndaşa məxsus, içərisində qızıl-zinət əşyaları və bank kartı olan pul kisəsinin oğurlanması barədə polisə müraciət daxil olub.


🟥Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində cibgirlik etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 58 yaşlı Pünhan Umudov müəyyən edilərək saxlanılıb.


✅Araşdırmalar zamanı məlum olub ki, həmin şəxs oğurladığı qızıl-zinət əşyalarını 730 manat müqabilində satıb, bank kartı vasitəsilə isə müxtəlif marketlərdə 900 manat məbləğində alış-veriş edib.


✅Faktla bağlı araşdırmalar davam etdirilir.

09.02.2026 » 11:33
Geri