• 27.01.2026 » 15:15

Qohumunun evindən 56 min manatlıq oğurluq edən şəxs saxlanılıb

Qohumunun evindən 56 min manatlıq oğurluq edən şəxs saxlanılıb © sabirabadxeber.az
Şrift ölçüsü:

Qohumunun evindən 51 min manat oğurlayan şəxs saxlanılıb.

"Sabirabadxəbər.az" xəbər verir ki, Suraxanı rayonu Qaraçuxur qəsəbəsi sakini olan bir nəfər polisə müraciət edərək yaşadığı evdən naməlum şəraitdə 51000 manat və 5000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Suraxanı Rayon Polis İdarəsi 32-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 46 yaşlı G.İsmayılova müəyyən edilərək saxlanılıb. Araşdırmalarla saxlanılan şəxsin zərəçəkənin qohumu olduğu və evdən hissə-hissə oğurluq etdiyi məlum olub. Araşdırma aparılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva