• Bu gün, 17:30

Azərbaycan güləşçiləri 4 medal qazandılar

Azərbaycan güləşçiləri 4 medal qazandılar © sabirabadxeber.az
Şrift ölçüsü:

Türkiyənin Kocaeli şəhərində güləş üzrə Hasan Gemici və Qazanfer Bilgenin xatirə turnirinə start verilib.

"Sabirabadxəbər" xəbər verir ki, ilk yarış günündə sərbəst güləşdə 57, 70, 86 və 125, yunan-Roma güləşində isə 55, 67, 82 və 130 kiloqramda qaliblər müəyyənləşib.

Ənənəvi turnirdə Azərbaycanın 4 təmsilçisi fəxri kürsüyə qalxıb. Sərbəst güləşdə Xetaq Karsanov (125 kiloqram) gümüş, Ramik Heybətov (70 kiloqram) isə bürünc medal qazanıb.

Yunan-Roma güləşində isə 130 kiloqramda yer alan milli üzvləri ilk “3-lük”də yer alıblar. Sərxan Məmmədov gümüş, Beka Kandelaki isə bürünc medala sahib çıxıb.

Yarışa sabah yekun vurulacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva