• 28.03.2026 » 23:20

Azərbaycanın qadın güləşçiləri Estoniyada 5 medal qazanıblar

Azərbaycanın qadın güləşçiləri Estoniyada 5 medal qazanıblar © sabirabadxeber.az
Şrift ölçüsü:

Estoniyada yeniyetmə güləşçilər arasında “Tallin Open” turniri keçirilib.

"Sabirabadxəbər" xəbər verir ki, ənənəvi yarışda Azərbaycanı U-17 milli komandanın böyük məşqçisi Mariya Stadnik və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında 7 güləşçi təmsil edib. Onların da 5-i fəxri kürsüyə qalxıb.

Fatimə Bayramova (53 kiloqram) keçirdiyi 7 görüşün hər birində qalib gələrək çempion olub. Nəzrin Əhmədli (49 kiloqram), Rəna Nuriyeva (61 kiloqram) və Simurə Abdullayeva (69 kiloqram) gümüş, Xədicə Qurbanzadə (49 kiloqram) isə bürünc medal qazanıb.

Qeyd edək ki, komanda yarışdan sonra Tallində keçiriləcək beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək. Hazırlıq prosesi aprelin 1-dək davam edəcək. Yığmamız U-17 Avropa çempionatı öncəsi son toplanışı Bakıda keçəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva