• 23.03.2026 » 11:50

AFFA hakimlərin səs yazısını yaydı

AFFA hakimlərin səs yazısını yaydı © sabirabadxeber.az
Şrift ölçüsü:

AFFA Misli Premyer Liqasının 25-ci turunda baş tutan “Kəpəz”-“Qarabağ” oyununda mübahisəli penalti epizodu ilə bağlı həmin matçın hakimlərinin səs yazısını yayıb.

“Sabirabadxəbər” xəbər verir ki, matçda “Qarabağ”ın futbolçusu Kamilo Durana qarşı qayda pozuntusu olduğu ilə bağlı narazılıqlar var idi.

Belə ki, həmin oyundan sonra Qurban Qurbanov da hakimlərin VAR-a baxdığı və penalti təyin etmədiyi epizodla bağlı danışmışdı. O, bu epizodun 11 metrlik cərimə zərbəsi olduğunu bildirmişdi.

AFFA Hakimlər Komitəsi isə həmin epizodda hakimlərin niyə penalti təyin etmədikləri ilə bağlı danışıqlarını yayıb.

N.Quliyeva


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva