• 08.02.2026 » 12:20

Rusiya Zaporojyeyə 300 dronla hücum etdi

Rusiya Zaporojyeyə 300 dronla hücum etdi © sabirabadxeber.az
Şrift ölçüsü:

Ukraynanın Zaporojye vilayəti dron hücumuna məruz qalıb.

"Sabirabadxəbər.az" xəbər verir ki, bu barədə "RBK-Ukraina" Zaporojye Vilayət Hərbi Administrasiyasının rəisi İvan Fedorova istinadən məlumat yayıb.

İvan Fedorov bildirib ki, Rusiya qoşunları regiona 577 zərbə endirib və yaşayış məntəqələrinə 297 dron buraxıb.

"Rusiyanın hücumları nəticəsində Zaporojye və Poloqovsk rayonlarında bir nəfər həlak olub, səkkiz mülki şəxs müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar kütləvi kombinə edilmiş atəş taktikası tətbiq ediblər. Dron hücumlarından (əsasən FPV) ən çox Volnyansk, Qulyaypole, Stepnoqorsk və Novonikolayevka zərər çəkib", - Fedorov qeyd edib.

Onun sözlərinə görə, Rusiya aviasiyası kənd və qəsəbələrə 24 zərbə, onlarla icmanın yaşayış məhəllələrinə və ətrafına 253 artilleriya zərbəsi endirib. 67-dən çox yaşayış evi, avtomobil və mülki infrastruktur obyekti zədələnib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva