• 05.02.2026 » 17:44

Fevralın 4-də Bakı Gənclər Mərkəzində "GənclərHəftəsi" çərçivəsində Gənclər Evlərinin I Forumu keçirilib

Fevralın 4-də Bakı Gənclər Mərkəzində "GənclərHəftəsi" çərçivəsində Gənclər Evlərinin I Forumu keçirilib © sabirabadxeber.az
Şrift ölçüsü:

"Sabirabadxəbər.az"  xəbər verir ki , Fevralın 4-də Bakı Gənclər Mərkəzində #GənclərHəftəsi çərçivəsində Gənclər Evlərinin I Forumu keçirilib. Tədbir Qərbi Kaspi Universitetinin tələbələrindən ibarət xorun ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Forumun açılış mərasimində Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov çıxış edib. Ölkənin müxtəlif bölgələrindən 33 Gənclər Evini təmsil edən 300 nəfərdən çox gənc, əməkdaş və könüllünün iştirak etdiyi tədbirdə videoçarx nümayiş olunub, Gənclər Evləri müxtəlif nominasiyalar üzrə təltif ediliblər.  


Mil-Muğan regionu üzrə Beyləqan Gənclər evi - “Regionda Lider Gənclər Evi” nominasiyası ilə, Sabirabad Gənclər evi və Saatlı Gənclər evi - “Əməkdaşlıqda Lider Gənclər Evi” nominasiyası ilə təltif olunublar. 


Həmçinin tədbirdən öncə Azərbaycan Milli Konservatoriyasının tələbələrindən ibarət “Miras” Qədim Musiqi Alətləri Ansamblı tərəfindən milli musiqi nümunələri səsləndirilib, gənclərin əl işlərindən ibarət sərgi nümayiş etdirilib.


Forum çərçivəsində Nazirliyin Gənclərlə iş şöbəsinin müdir müavini Ülviyyə Axundova tərəfindən Gənclər Evlərinin vahid konsepsiya və strateji inkişaf modeli təqdim olunub. Tədbir mədəni proqramla davam edib.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva