• Bu gün, 09:00

Salyanda çoban 85 baş qoyun-quzu ilə birlikdə itkin düşüb

Salyanda çoban 85 baş qoyun-quzu ilə birlikdə itkin düşüb © sabirabadxeber.az
Şrift ölçüsü:

Salyan rayonunda 26 yaşlı çoban 85 baş qoyun-quzu ilə birlikdə itkin düşüb.

"Sabirabadxəbər"  xəbər verir ki, hadisə rayonun Qırxçıraq kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini, 2000-ci il təvəllüdlü Ramiz İlkin oğlu Rüstəmov özlərinə məxsus 85 baş qoyun-quzunu otarmaq üçün örüş sahəsinə aparsa da, geri qayıtmayıb.

Yaxınlarının bildirdiyinə görə, hadisə iki gün əvvəl baş verib və gəncdən həmin vaxtdan etibarən heç bir xəbər almaq mümkün olmayıb.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Hazırda Ramiz Rüstəmovun yerinin müəyyən edilməsi istiqamətində araşdırma və axtarış tədbirləri davam etdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva