• 01.02.2026 » 12:30

İran parlamenti Avropa ordularını terrorçu kimi tanıdı

İran parlamenti Avropa ordularını terrorçu kimi tanıdı © sabirabadxeber.az
Şrift ölçüsü:

İran parlamenti Avropa İttifaqı ölkələrinin silahlı qüvvələrini terrorçu qruplaşmalar kimi tanıyıb.

"Sabirabadxəbər.az" xəbər verir ki, bu barədə "AlJazeera" məlumat yayıb.

Qərar Avropa İttifaqının İran İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı elan etməsinə cavab olaraq qəbul edilib.

İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf bildirib ki, Brüsselin İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanımasına cavab olaraq Avropa ölkələrinin silahlı qüvvələri də terrorçu qruplaşmalar hesab edilir. Parlament sədri əlavə edib ki, “bu addımların nəticələrinə görə məsuliyyət Avropa İttifaqının üzərinə düşəcək”.

Qeyd edək ki, Avropa İttifaqı Xarici İşlər Şurası yanvarın 29-da İran İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanıyıb və Korpusu etirazçılara qarşı qəddarlıqda ittiham edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva