• 30.01.2026 » 18:36

“Tehran da onları terrorçu kimi tanıyacaq” - Əli Laricani

“Tehran da onları terrorçu kimi tanıyacaq” - Əli Laricani © sabirabadxeber.az
Şrift ölçüsü:

İranın Milli Təhlükəsizlik Ali Şurasının baş katibi Əli Laricani Avropa İttifaqı (Aİ) ölkələri ordularının “terrorçu” elan ediləcəyi ilə bağlı kəskin xəbərdarlıq edib.

“Sabirabadxəbər.az” xəbər verir ki, o, bu barədə “X” hesabındakı paylaşımında bildirib.

Ə. Laricani Aİ-nin İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) “terror təşkilatı” siyahısına salmaq qərarına sərt reaksiya göstərib:

“İran parlamentinin qərarına əsasən, SEPAH-a qarşı bu addımı atan ölkələrin orduları da rəsmi Tehran tərəfindən terrorçu kimi tanınacaq. Yaranacaq hər hansı nəticəyə görə birbaşa Avropa liderləri məsuliyyət daşıyır”.

Qeyd edək ki, İran Parlamenti 2023-cü ildə qəbul etdiyi qanunla Aİ-nin bənzər addımına qarşılıqlı cavab mexanizmini artıq müəyyənləşdirib. İran hələ 2019-cu ildə ABŞ-nin SEPAH-ı terror siyahısına salmasına cavab olaraq ABŞ ordusunu (CENTCOM) “terror təşkilatı” elan etmişdi. Aİ-nin yanvarın 29-da qəbul etdiyi son qərar isə bölgədəki hərbi və diplomatik gərginliyi yeni səviyyəyə qaldırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva