• 14.04.2026 » 20:00

Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edildi

Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edildi © sabirabadxeber.az
Şrift ölçüsü:

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”  (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının sədri, Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədovun sədrliyi ilə Şuranın iclası keçirilib.

“Sabirabadxəbər” xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, iclasda Prezidentin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının 3.3-cü bəndi rəhbər tutularaq, TƏBİB-in İcraçı direktorunun vəzifəyə təyin olunması məsələsinə baxılıb.

Müşahidə Şurasının qərarı ilə Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib.

O, Prezidentin 17 aprel 2025-ci il tarixli Sərəncamı ilə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsinə təyin edilmişdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva