• 14.04.2026 » 20:28

Biləsuvarda “Şahin” Hərbi-İdman Oyununun Rayon Birinciliyi Keçirildi

Biləsuvarda “Şahin” Hərbi-İdman Oyununun Rayon Birinciliyi Keçirildi © sabirabadxeber.az
Şrift ölçüsü:

Biləsuvarda “Şahin” hərbi-idman oyununun rayon birinciliyi keçirilib.


"Sabirabadxəbər" xəbər verir ki, 14 aprel 2026-cı il tarixində Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Biləsuvar rayonu üzrə gənclər və idman sektorunun və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Biləsuvar rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə Olimpiya İdman Kompleksində “Şahin” hərbi-idman oyununun rayon birinciliyi keçirilib. 


🔹Yarışda Biləsuvar rayonundakı "N" saylı hərbi hissənin zabitləri, Biləsuvar rayonu üzrə təhsil sektorunun, Mərkəzi Xəstəxananın, Olimpiya İdman Kompleksinin, Biləsuvar UGİŞM-nin nümayəndələri və ümumtəhsil məktəblərinin komandaları iştirak ediblər.


🔹Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanan yarışın açılış mərasimində çıxış edən Biləsuvar rayonu üzrə gənclər və idman sektorunun müdiri Azad Quliyev qeyd edib ki, yarışın keçirilməsində əsas məqsəd gənclərin vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi və ordu sıralarına hazırlığına köməklik göstərilməsidir. 


🔹Yarışda 6 ümumtəhsil məktəb komandası olmaqla 84 nəfər gənc iştirak edib. Yarış ərzində komandalar əsasnaməyə uyğun olaraq verilən tapşırıqları yerinə yetirməklə müxtəlif mərhələlərdə qüvvələrini sınayıblar. Gərgin mübarizə şəraitində keçən yarışın yekununda Xırmandalı kənd 2 nömrəli tam orta məktəbin komandası I yerə layiq görülməklə zona mərhələsinə vəsiqə qazanıb. Şəhər 6 nömrəli tam orta məktəbin komandası II yerə, İnternat tipli məktəb-liseyin komandası isə III yerə layiq görülüb.


📌 Qalib komandalar Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.


 


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva