• 10.03.2026 » 22:56

Sabirabadda xanımlar arasında intellektual yarış keçirilib

Sabirabadda xanımlar arasında intellektual yarış keçirilib © sabirabadxeber.az
Şrift ölçüsü:

Sabirabadda xanımlar arasında “Zərif Zəka” adlı intellektual yarış keçirilib.


"Sabirabadxəbər" xəbər verir ki, yarış “Sabirabad Gənclər evi” sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunub və “Nə? Harada? Nə zaman?” formatında keçirilib.


Tədbirin açılış mərasimində Sabirabad Gənclər evinin direktoru Rəşad Qurbanov qeyd edib ki, yarış regionda yaşayan xanımların inkişafını, şəbəkələşməsini təşviq etmək və onların intellektual potensialını önə çəkmək məqsədilə təşkil olunub.


Tədbirdə müxtəlif müəssisələri təmsil edən ümumilikdə 6 komanda iştirak edib. İştirakçılar müxtəlif mövzuları əhatə edən maraqlı və düşündürücü sualları cavablandıraraq öz biliklərini sınayıblar. Yarış olduqca maraqlı və rəqabətli mübarizə şəraitində keçib.


Yarışın nəticələrinə əsasən qalib komandalar müəyyənləşib:


“Zərif güc” komandası – I yer


“Zərif Çiçəklər” komandası – II yer


“Power Pop Girls” komandası – III yer



Qalib komandalar Sabirabad Gənclər evi tərəfindən diplom, medallar və hədiyyələrlə təltif olunublar.


Tədbir çərçivəsində vurğulanıb ki, bu kimi təşəbbüslər regionlarda yaşayan xanımların inkişafına, onların cəmiyyət həyatında daha fəal iştirakına və öz potensiallarını reallaşdırmalarına mühüm töhfə verir.

Sonda bütün iştirakçı xanımlar təbrik olunub, onlara həm intellektual fəaliyyətlərində, həm də şəxsi həyatlarında uğurlar və yeni nailiyyətlər arzulandığı bildirilib.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva