• 13.04.2026 » 13:50

İmişlidə yaşayış evi yandı

İmişlidə yaşayış evi yandı © sabirabadxeber.az
Şrift ölçüsü:

İmişlidə fərdi yaşayış evində yanğın hadisəsi baş verib.

"Sabirabadxəbər" xəbər verir ki, hadisə İmişli şəhər Pənah Həsənov küçəsində qeydə alınıb. 

Rahilə Quliyevaya məxsus fərdi yaşayış evində  başlayan alov qısa müddətdə güclənib.

Hadisə yerinə İmişli Rayon Dövlət Yanğın Mühafizə hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülərək ətraf ərazilərə və tikililərə keçməsinin qarşısı alınıb. 

Yanğın nəticəsində ümumi sahəsi 168 kvadratmetr olan bir mərtəbəli 7 otaqlı evin dam örtüyü 3 otaq və yanar konstruksiyaları  yararsız hala düşüb, evin 4 otağı yanğından mühafizə edilib. 

Faktla bağlı araşdırma aparılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva