• 02.04.2026 » 22:46

Salyanda yanğın hadisəsi baş verib

Salyanda yanğın hadisəsi baş verib © sabirabadxeber.az
Şrift ölçüsü:

Salyanda yanğın hadisəsi baş verib.

"Sabirabadxəbər"  Report-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonunun Şəkərli kəndində qeydə alınıb.


Belə ki, kənd sakini Şahbazov Təyyar Vəlixan oğluna məxsus dörd otaqlı fərdi yaşayış evində anidən yanğın başlayıb.


Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Salyan Yanğından Mühafizə hissəsinin əməkdaşları və texnikası cəlb olunub. Yanğın söndürülərək alovun ətrafdakı digər tikililərə keçməsinin qarşısı alınıb.


Buna baxmayaraq, 150 kv.m sahəsi olan ev yararsız hala düşüb.


Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva