• 03.04.2026 » 09:00

Azərbaycan Kuboku: “Qarabağ” və “Sabah” yarımfinalda qarşı-qarşıya

Azərbaycan Kuboku: “Qarabağ” və “Sabah” yarımfinalda qarşı-qarşıya © sabirabadxeber.az
Şrift ölçüsü:

Bizon Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start verilir.

"Sabirabadxəbər" xəbər verir ki, mərhələnin hər iki görüşü bu gün keçiriləcək.

Günün ilk qarşılaşmasında “Turan Tovuz” “Zirə”ni qəbul edəcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq oyunu FIFA referisi Əliyar Ağayev idarə edəcək.

Günün ikinci matçında kubokun son qalibi “Sabah” “Qarabağ”ın qonağı olacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş Rauf Cabarova həvalə olunub.

Bizon Azərbaycan Kuboku
Yarımfinal, ilk oyunlar
3 aprel

17:30. “Turan Tovuz” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Fərid Hacıyev.
VAR: Cavid Cəlilov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elçin Mehdiyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

20:00. “Qarabağ” – “Sabah”
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Pərvin Talıbov, İnqilab Məmmədov.
VAR: Kamal Umudlu.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Tofiq Bəhramov adına Respublika stadionu

Qeyd edək ki, tərəflər arasında cavab görüşləri 21-22 aprel tarixlərində keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva