• 14.03.2026 » 10:05

Qarabağ” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı

Qarabağ” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı © sabirabadxeber.az
Şrift ölçüsü:

Bu gün Azərbaycan Premyer Liqasında XXIV turun daha iki oyunu keçiriləcək.


"Sabirabadxəbər" xəbər verir ki, əvvəlcə turnirin lideri “Sabah” Qubada “İmişli”nin qonağı olacaq.


Quba Olimpiya İdman Kompleksinin stadionunda baş tutacaq görüş saat 15:00-da start götürəcək. Qarşılaşmada ədaləti Rauf Cabarov qoruyacaq.


Digər matçda isə son çempion “Qarabağ” səfərdə “Zirə” ilə qarşılaşacaq.


Zirə İdman Kompleksinin stadionundakı görüşün start fiti saat 19:15-də səslənəcək. Bu oyunu baş hakim Fərid Hacıyev idarə edəcək.


Azərbaycan Premyer Liqası


XXIV tur


14 mart


15:00. “İmişli” – “Sabah”


Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Şirmamed Mamedov, Alik Yunusov

VAR: Əliyar Ağayev

AVAR: Zöhrab Abbasov

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Kifayət Mustafayeva

Quba OİK stadionu


19:15. “Zirə” - “Qarabağ”


Hakimlər: Fərid Hacıyev, Namiq Hüseynov, Rəhman İmami, Vüqar Həsənli

VAR: Nicat İsmayıllı

AVAR: Emin Əliyev

Hakim-inspektor: Rəhim Həsənov

AFFA nümayəndəsi: Elgiz Abbasov

Zirə İdman Kompleksinin stadionu.


N.Səmədova

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva