• 24.03.2026 » 19:34

Oturduğu taksidə sürücüyə zor tətbiq etdi

Oturduğu taksidə sürücüyə zor tətbiq etdi © sabirabadxeber.az
Şrift ölçüsü:

Abşeron rayonu ərazisində soyğunçuluq hadisəsi qeydə alınıb.


"Sabirabadxəbər" xəbər verir ki, Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, zərərçəkən idarə etdiyi avtomobildə müştəri kimi əyləşmiş naməlum şəxsin ona zor tətbiq edərək 600 manat dəyərində mobil telefonunun ələ keçirildiyi barədə polisə müraciət edib.


Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunmuş 26 yaşlı R.Dünyamalıyev müəyyən edilərək saxlanılıb.


Araşdırmalarla saxlanılan şəxsin rayon ərazisində daha bir nəfərin mobil telefonunu kəsici alətlə hədələyərək quldurluq yolu ələ keçirdiyi məlum olub.


Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


N.Səmədova

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva