• 09.03.2026 » 11:30

İranın yeni lideri bu gün and içəcək

İranın yeni lideri bu gün and içəcək © sabirabadxeber.az
Şrift ölçüsü:

Bu gün İranın yeni ali rəhbəri Müctəba Xameneiyə sədaqət andı mərasimi keçiriləcək.

 

"SABİRABADXƏBƏR"  xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.

 

Qeyd olunub ki, tədbir saat 15:00-da (Bakı vaxtı ilə 15:30-da) başlayacaq və Tehranın mərkəzindəki Azadi meydanında baş tutacaq.

 

Xatırladaq ki, İran Ekspertlər Şurası Müctəba Xameneini ölkənin yeni ali rəhbəri seçib.

 

"The New York Times" yazıb ki, İranın əvvəlki ali rəhbərinin oğlu Müctəba Xamenei İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə sıx əlaqələri ilə tanınır. Qəzetin mənbələrinin sözlərinə görə, Əli Xameneinin həlak olmasından sonra SEPAH onun oğlunun təyin olunmasında israr edib.

 

Əli Xamenei 2026-cı il fevralın 28-də ABŞ və İsrailin İrana qarşı birgə əməliyyatının ilk günündə öz iqamətgahında öldürülüb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva