• 04.03.2026 » 13:10

Prezident İran səfirliyində olub - Xameneinin həlak olmasına görə başsağlığı verib-FOTOLAR

Prezident İran səfirliyində olub - Xameneinin həlak olmasına görə başsağlığı verib-FOTOLAR © sabirabadxeber.az
Şrift ölçüsü:

Prezident İlham Əliyev martın 4-də İran İslam Respublikasının Azərbaycandakı səfirliyində olub, İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və bir çox mülki şəxsin həlak olması ilə əlaqədar başsağlığı verib.

“SABİRABADXƏBƏR” xəbər verir ki, İran İslam Respublikasının ölkəmizdəki səfiri Müctəba Dəmirçilu dövlət başçısını qarşılayıb.

Azərbaycan Prezidenti matəm kitabına ürək sözlərini yazıb.

Sonra dövlət başçısı səfirlə söhbət edib.

Prezident İlham Əliyev İrana səfərləri zamanı Ayətullah Seyid Əli Xamenei ilə görüşlərini həmişə ən xoş təəssüratlarla xatırlayacağını deyib.

Müctəba Dəmirçilu səfirliyə gələrək başsağlığı verdiyinə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva