Şrift ölçüsü:
Çap et
Sabirabadda yunan-Roma güləşi üzrə turnir keçirilib
"SABİRABADXƏBƏR" xəbər verir ki, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "İdman Həftəsi" çərçivəsində "5 mart – Bədən Tərbiyəsi və İdman Günü"nə həsr edilmiş yeniyetmələr arasında yunan-Roma güləş növü üzrə Sabirabad rayon turniri keçirilib.
🤼 Turnirin məqsəd və qaydaları haqqında məlumat verildikdən sonra yarışa start verilib.
🎉 Maraqlı idman mübarizəsi şəraitində keçən yarışın sonunda 🥇 I , 🥈 II və 🥉 III yeri tutmuş idmançılar diplomlarla təltif edildilər.
Kopyalandı

















