sabirabadxeber.az / Sabirabadda yunan-Roma güləşi üzrə turnir keçirilib

Sabirabadda yunan-Roma güləşi üzrə turnir keçirilib

Sabirabadda yunan-Roma güləşi üzrə turnir keçirilib


"SABİRABADXƏBƏR" xəbər verir ki,  Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "İdman Həftəsi" çərçivəsində "5 mart – Bədən Tərbiyəsi və İdman Günü"nə həsr edilmiş yeniyetmələr arasında yunan-Roma güləş növü üzrə Sabirabad rayon turniri keçirilib.


🤼 Turnirin məqsəd və qaydaları haqqında məlumat verildikdən sonra yarışa start verilib. 


🎉 Maraqlı idman mübarizəsi şəraitində keçən yarışın sonunda 🥇 I , 🥈 II və 🥉 III yeri tutmuş idmançılar diplomlarla təltif edildilər.


03.03.2026 » 13:34
Geri