• Bu gün, 11:23

Tozlu hava ilə bağlı AÇIQLAMA

Tozlu hava ilə bağlı AÇIQLAMA © sabirabadxeber.az
Şrift ölçüsü:

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur, hazırda havada tozun miqdarı normadan 1.4-1.7 dəfə artıqdır.

"Sabirabadxəbər" xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.

O qeyd edib ki, havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar lokal xarakterlidir:

"Belə hava şəraitinə səbəb bu gün səhər saatlarından başlayan güclü şimal-qərb küləyinin yerin üst quru səthində formalaşan toz kütlələrini ətraf ərazilərə yaymasıdır".

Gülnarə Abbasovanın sözlərinə görə, tozlu hava şəraitinin sinoptik şəraitlə əlaqədar sabah günorta saatlarına qədər davam edəcəyi gözlənilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva