• 23.02.2026 » 15:04

Salyanda iki ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb

Salyanda iki ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb © sabirabadxeber.az
Şrift ölçüsü:

Salyanda iki ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb


"Sabirabadxəbər.az" xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Salyan rayonunun Dayıkənd kəndində fəaliyyət göstərən “Gölüstü” restoranında və Qaraçala qəsəbəsi, Arxarası kəndində fəaliyyət göstərən “Çinar” kafesində bir sıra nöqsanlar aşkarlanıb. 


Yoxlama zamanı ictimai iaşə obyektlərində sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən edilib. “Gölüstü” restoranında qanunvericiliyin tələblərinə uyğun etiket məlumatları olmayan qida məhsullarının satışa çıxarıldığı da məlum olub. “Çinar” kafesində isə qida məhsullarına dair müvafiq müşayiətedici sənədlər yoxlamaya təqdim edilməyib.


Sahibkarlıq subyektləri barəsində inzibati protokol tərtib olunub, nöqsanlar aradan qaldırılanadək obyektlərdə işlərin görülməsi və xidmətlərin göstərilməsi məhdudlaşdırılıb.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva