• 17.02.2026 » 14:30

Lənkəranda çörək istehsalı sexində yoxlama keçirilib

Lənkəranda çörək istehsalı sexində yoxlama keçirilib © sabirabadxeber.az
Şrift ölçüsü:

Lənkəranda çörək istehsalı sexində yoxlama keçirilib


"Sabirabadxəbər.az" xəbər verir ki, Daxil olan müraciət əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran şəhəri, İ.Səmədzadə küçəsində fəaliyyət göstərən, sahibkar Əkbərov Etibar Müzəffər oğluna məxsus çörək istehsalı sexində yoxlama keçirib.


Baxış zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.


İstehsal obyektində sanitar-gigiyenik və sanitar-texniki tələblərə əməl olunmur, həmçinin çörək məhsullarında etiketlənmə aparılmır.


Sahibkar barəsində inzibati protokol tərtib edilib, çörək istehsalı sahəsi nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva