• 09.02.2026 » 11:30

Qəzaya düşən hərbçilərin vəziyyəti - Açıqlandı

Qəzaya düşən hərbçilərin vəziyyəti - Açıqlandı © sabirabadxeber.az
Şrift ölçüsü:

Şəmkirdə qəzaya düşən hərbçilərin vəziyyəti açıqlanıb.

"Sabirabadxəbər.az"  xəbər verir ki, Şəmkir Rayon Mərkəzi Xəstəxanasından  bildirilib ki, fevralın 8-i saat 16:30 radələrində Şəmkir rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər (kişi) xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

“Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.

Hazırda 1993 və 1994-cü il təvəllüdlü şəxslərin müalicələri Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir.

1997-ci il təvəllüdlü şəxsə isə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb”, - məlumatda qeyd olunub.

Xatırladaq ki, qəza nəticəsində 1988-ci il təvəllüdlü Altun Mustafayev aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva