• 06.02.2026 » 12:14

Sumqayıt məktəblərində insident

Sumqayıt məktəblərində insident © sabirabadxeber.az
Şrift ölçüsü:

Sumqayıt məktəblərində insidentlər baş verib.

“Sabirabadxəbər.az” Sumqayit24.az-a istinadən xəbər verir ki, hadisələrdən biri 33 nömrəli, digəri isə 11 nömrəli məktəbdə qeydə alınıb.

Belə ki, birinci məktəbdə sinif yoldaşları tərəfindən döyüldüyü iddia edilən 2012-ci il təvəllüdlü H.B. qapalı kəllə-beyin travması alıb.

İkinci məktəbdə isə 2014-cü il təvəllüdlü K.M.-in dərs zamanı sinif yoldaşı ilə dalaşarkən yıxılıb başından travma aldığı qeyd olunub. 

***

Sumqayıt Tibb Mərkəzindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, fevralın 5-i saat 12:30 radələrində 2012-ci il təvəllüdlü şəxs (kişi) mərkəzin Uşaq Xəstəxanasına hospitalizasiya olunub: “Dəqiqləşdirilməmiş kəllə-beyin travması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.

Hazırda həkim müşahidəsi altında müalicəsi davam etdirilir, vəziyyəti stabildir”.

***

DİN-in Mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov “Sabirabadxəbər.az" a bildirib ki, Sumqayıt şəhərində yerləşən məktəblərin birində iki şagird arasında mübahisə baş verməsi ilə bağlı polisə məlumat daxil olub.

“Faktla bağlı müvafiq ekspertiza təyin edilib, hazırda ərazi polis orqanında araşdırma aparılır”, - o qeyd edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva