• 19.06.2026 » 12:30

Sabirabad Peşə Liseyində korrupsiyaya qarşı mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib

Sabirabad Peşə Liseyində korrupsiyaya qarşı mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib © sabirabadxeber.az
Şrift ölçüsü:
Sabirabad Peşə Liseyində “Korrupsiyaya qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirin məqsədi tələbələrin və əməkdaşların korrupsiyaya qarşı mübarizə sahəsində məlumatlılığının artırılması, şəffaflıq, qanunun aliliyi və etik davranış prinsiplərinin təbliğ edilməsi olmuşdur.
Tədbirdə çıxış edənlər korrupsiyanın cəmiyyətə və dövlətin inkişafına mənfi təsirləri, bu halların qarşısının alınmasında vətəndaş məsuliyyətinin əhəmiyyəti, eləcə də dürüstlük və ədalət prinsiplərinin qorunmasının vacibliyi barədə ətraflı məlumat vermişlər.
İştirakçılarla mövzu ətrafında fikir mübadiləsi aparılmış, onları maraqlandıran suallar cavablandırılmışdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva