• 01.04.2026 » 21:10

İmişlidə Korrupsiyaya qarşı maarifləndirici tədbir keçirilib

İmişlidə Korrupsiyaya qarşı maarifləndirici tədbir keçirilib © sabirabadxeber.az
Şrift ölçüsü:

Korrupsiyaya qarşı maarifləndirici tədbir keçirilib


"Sabirabadxəbər" xəbər verir ki, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin İmişli rayon üzrə mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə İmişli rayon Heydər Əliyev Mərkəzində “Ədalətə aparan yol: Korrupsiyasız cəmiyyət” adlı maarifləndirici tədbir keçirilib.


 Tədbirdə Mil-Muğan Regional Mədəniyyət İdarəsinin mədəniyyət müəssisələri ilə iş üzrə sektorunun baş məsləhətçisi-İmişli rayon üzrə nümayəndəsi Nazim Əzimov, Dövlət İşçiləri Həmkarlar İttifaqı İmişli rayon komitəsinin sədri, RİH yanında İctimai Şuranın sədri Vaqif Vəliyev, "Yarat" Təhsil Mərkəzinin direktoru Ziya Rzayev, İmişli rayon mədəniyyət müəssisələrinin rəhbərləri, Gənclər və İdman İdarəsinin İmişli rayon üzrə sektorunun əməkdaşları iştirak ediblər.


Çıxışlarda korrupsiyanın cəmiyyətə təsiri, şəffaflıq və ədalət prinsiplərinin gücləndirilməsinin vacibliyi vurğulanıb. Tədbirin sonunda mövzuya dair videorolik nümayiş olunub.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva