Şrift ölçüsü:
Çap et
Saatlı rayonunda ümumtəhsil məktəblərinin IX siniflərində təhsil alan bir qrup şagirdlərin valideynləri ilə maarifləndirici görüş təşkil olunub.
---
Görüşün əsas məqsədi valideynləri tam orta təhsil səviyyəsini əhatə edən yeni təhsil modelinin üstünlükləri, tədris prosesinin təşkili, şagirdlərin fərdi inkişaf imkanları və gələcək təhsil perspektivləri barədə məlumatlandırmaq, onları maraqlandıran sualları cavablandırmaq olub.
Tədbirdə Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili, Maliyyə-İqtisadiyyat sektorunun müdiri Rahim Hüseynov, Saatlı rayonu üzrə təhsil sektorunun müdiri Günay Sultanova, həmçinin cari tədris ilində IX siniflərdə təhsil alan bir qrup şagirdin valideynləri iştirak ediblər.
Görüş zamanı çıxış edənlər ölkədə həyata keçirilən təhsil islahatları çərçivəsində tətbiq olunan yeni təhsil modelinin şagirdlərin bilik və bacarıqlarının inkişafına, onların müasir əmək bazarının tələblərinə uyğun hazırlanmasına və ali təhsil müəssisələrinə qəbul imkanlarının genişləndirilməsinə xidmət etdiyini vurğulayıblar. Bildirilib ki, model şagirdlərin maraq və qabiliyyətlərinin nəzərə alınmasına, onların akademik və şəxsi inkişafının daha səmərəli şəkildə dəstəklənməsinə şərait yaradır.
Valideynlərə məktəbdə tətbiq olunan təhsil modeli barədə ətraflı məlumat təqdim edilib. Məktəbdə tədrisin təşkili, təmayülləşmə istiqamətləri, tədris proqramlarının məzmunu, qiymətləndirmə mexanizmləri və şagirdlərin gələcək təhsil seçimlərinə hazırlıq prosesi ilə bağlı geniş izahat verilib.
Görüş çərçivəsində valideynlərin fikir və təklifləri dinlənilib, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb, ünvanlanan suallar cavablandırılıb. Qeyd olunub ki, valideyn-məktəb əməkdaşlığının gücləndirilməsi şagirdlərin uğurlu təhsil yolunun formalaşdırılmasında mühüm əhəmiyyət daşıyır.
Aşağıda Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində X və XI siniflər üzrə şagird qəbulunun linkləri verilib. Linklər vasitəsi ilə qeyd olunan məktəblərə qəbula yazılmaq olar.
✔Beyləqan şəhəri Nizami Ağayev adına 6 nömrəli tam orta ümumtəhsil məktəb
✔İmişli şəhəri Eldar İbrahimov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbi
✔Sabirabad şəhəri Səməd Vurğun adına 3 nömrəli tam orta ümumtəhsil məktəbi
✔Sabirabad şəhəri Mikayıl Müşfiq adına 4 nömrəli tam orta ümumtəhsil məktəb
✔Saatlı şəhəri Səməd Vurğun adına 1 nömrəli tam orta ümumtəhsil məktəb
Kopyalandı








