• 15.04.2026 » 20:00

Sabirabadda təhsil müəssisələrinin rəhbər və müəllim heyəti ilə görüş keçirilib

Sabirabadda təhsil müəssisələrinin rəhbər və müəllim heyəti ilə görüş keçirilib © sabirabadxeber.az
Şrift ölçüsü:

Sabirabadda təhsil müəssisələrinin rəhbər və müəllim heyəti ilə görüş keçirilib. 

"Sabirabadxəbər" xəbər verir ki, 

Tədbirdə rayonunda fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin bir qrup məktəb direktorları, direktor müavinləri, IV siniflərdə dərs deyən ibtidai sinif müəllimləri, eləcə də VI siniflərdə tədris dilini və riyaziyyat fənlərini tədris edən müəllimlər iştirak ediblər.


Görüşdə Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili və Tədrisin keyfiyyəti sektorunun müdiri Cavid Məmmədli və Sabirabad rayonu üzrə təhsil sektorunun müdiri Mircamal Həşimov iştirak edərək iştirakçılarla fikir mübadiləsi aparıblar.


Görüşün məqsədi cari ilin may ayında IV və VI siniflər üzrə keçirilməsi planlaşdırılan respublika səviyyəli monitorinqlərə hazırlıq vəziyyətini dəyərləndirmək, mövcud vəziyyəti təhlil etmək və şagirdlərin bilik və bacarıqlarının daha da inkişaf etdirilməsi istiqamətində konkret addımları müəyyənləşdirmək olub. Eyni zamanda şagird nailiyyətlərində müsbət dinamikanın təmin edilməsi, oxu strategiyalarının gücləndirilməsi və riyazi ölçmə bacarıqlarının inkişafı xüsusi diqqət mərkəzində saxlanılıb.


Çıxış edənlər təhsilin keyfiyyətinin yüksəldilməsinin prioritet məsələ olduğunu vurğulayıb, müəllimləri daha fəal, məqsədyönlü və nəticəyə hesablanmış fəaliyyət göstərməyə çağırıblar. Müasir tədris metodlarının tətbiqi, şagirdlərin fərdi xüsusiyyətlərinin nəzərə alınması və onların potensialının üzə çıxarılması istiqamətində sistemli işin aparılmasının vacibliyi qeyd edilib.


Qeyd olunub ki, müəllim əməyinin düzgün stimullaşdırılması və şagirdlərlə fərdi işin gücləndirilməsi qarşıdakı monitorinqlərin nəticələrinə birbaşa təsir göstərəcək. Bununla yanaşı, məktəb rəhbərlərinin məsuliyyətinin artırılması, məktəbdaxili nəzarət mexanizmlərinin daha effektiv qurulması da əsas prioritetlərdən biri kimi diqqətə çatdırılıb.


Görüş çərçivəsində müəllimlərə diferensial yanaşmanın tətbiqi, qiymətləndirmə meyarlarına uyğun dərs prosesinin təşkili və şagirdlərin fərdi inkişaf xüsusiyyətlərinin nəzərə alınmasının əhəmiyyəti izah olunub. Həmçinin IV və VI siniflər üzrə keçiriləcək monitorinqlərin strukturu, sual tipləri və qiymətləndirmə meyarları barədə ətraflı məlumat verilib.


Sonda iştirakçılar qarşılıqlı fikir mübadiləsi apararaq tədris prosesinin daha səmərəli təşkili və şagird nailiyyətlərinin artırılması istiqamətində təkliflərini bölüşüblər.




Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva