• 08.06.2026 » 09:33

Səslərin 50%-dən çoxu hesablanıb, Paşinyanın partiyası liderdir - Yenilənir

Səslərin 50%-dən çoxu hesablanıb, Paşinyanın partiyası liderdir - Yenilənir © sabirabadxeber.az
Şrift ölçüsü:

Ermənistanda dünən keçirilən parlament seçkilərində bülletenlərin 50 faizindən çoxu hesablanıb.

“Sabirabadxəbər” xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Mərkəzi Seçki Komissiyası yayıb.

Saat 08:00-a olan məlumata görə, 2005 seçki məntəqəsindən 1878-inin nəticələri artıq məlumdur və ölkənin hakim “Vətəndaş müqaviləsi” partiyası səslərin 50,25 faizini toplayaraq liderdir.

Bununla yanaşı, “Güclü Ermənistan” bloku 23,31%, “Ermənistan” bloku 9,78%, “Çiçəklənən Ermənistan” partiyası” isə 4,02% səs toplayıb.

Digər partiyalar isə hələ 4 faizlik həddi keçə bilməyib.

Ümumilikdə seçkidə 1 224 957 nəfər səs verib. Seçkilərdə 16 partiya və 2 blok iştirak edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva