• 10.04.2026 » 13:00

İcra Başçısı Sakinlərin Problemlərini Dinləyib

İcra Başçısı Sakinlərin Problemlərini Dinləyib © sabirabadxeber.az
Şrift ölçüsü:

"Sabirabadxəbər" məlumat verir ki, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov aprel ayının 9 - da Saatlı rayon Nərimanov kənd sakinləri ilə görüşüb.Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Görüşdə rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.   


Saatlı Rayon Icra Hakimiyyətinin başçısı Elmir Bağırov çıxış edərək kənd sakinlərini salamlamış, ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Saatlı rayonunda aparılan tikinti-quruculuq, abadlıq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı məlumat vermişdir.


Səyyar görüş-qəbulda çıxış edən kənd sakinləri kəndin mövcud problemlərindən danışmışlar.


Görüş-qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb, digər məsələlərin həlli ilə bağlı rayon icra hakimiyyətinin başçısı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər vermişdir.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva