• 30.01.2026 » 13:17

Zelenski Putini Kiyevə dəvət etdi

Zelenski Putini Kiyevə dəvət etdi © sabirabadxeber.az
Şrift ölçüsü:

Ukrayna Prezidenti Volodimir Zelenski Moskvada Rusiya diktatoru Vladimir Putinlə görüşünün mümkün olmadığını bildirib.


"Sabirabadxəbər.az" xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib. 


"Əlbəttə ki, mənim üçün Moskvada Putinlə görüşmək mümkün deyil. Bu, Putinlə Kiyevdə görüşməklə eynidir. Mən onu Kiyevə dəvət edə bilərəm; qoy gəlsin. Əlbəttə ki, əgər qərar verərsə, mən onu açıq şəkildə dəvət edəcəyəm", - deyə Ukrayna prezidenti qeyd edib.


O əlavə edib ki, Ukrayna "müharibənin real sonu" və "məhsuldar ola biləcək" görüş barədə "konstruktiv şəkildə razılığa gəlmək" istəyir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva