• 04.04.2026 » 21:00

TƏBİB-ə yeni müşavir təyin edildi

TƏBİB-ə yeni müşavir təyin edildi © sabirabadxeber.az
Şrift ölçüsü:

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) yeni müşavir təyin edilib.

“Sabirabadxəbər" xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, tanınmış həkim Zeynal Bayramlı müşavir vəzifəsinə təsdiqlənib.

Qeyd edək ki, Z.Bayramlı Tibb Universitetində təhsil alıb. Daha sonra Prezident Aparatı yanında Dövlət İdarəçilik Akademiyasının magistr pilləsini bitirib.

O, Akademik Zərifə Əliyeva adına sahə xəstəxanasında baş həkim, Ucar RMX Publik Hüquqi Şəxsdə direktor, Sabunçu Tibb Mərkəzində direktor müavini, son olaraq özəl  tibb müəssisələrindən birində  tibbi məsələlər üzrə direktor işləyib.

Xatırladaq ki, Vüqar Qurbanovun vəzifədən azad edilməsindən sonra hazırda TƏBİB sədri postu boşdur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva