Şrift ölçüsü:
Çap et
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə 8–18 yaşlı şahmatçılar arasında keçirilən Azərbaycan çempionatının final mərhələsi uğurla başa çatmışdır.
"Sabirabadxəbər" xəbər verir ki , Mingəçevir şəhəri Mehdi Hüseynzadə adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin 8-ci sinif şagirdi Allahverdi Zəhra Məhərrəm qızı 14 yaş kateqoriyası üzrə bütün rəqiblərini geridə qoyaraq I yerə layiq görülmüş və Azərbaycan çempionu adına sahib olmuşdur.
Bu əlamətdar nailiyyət münasibətilə təbrik edir, ona gələcək fəaliyyətində yeni uğurlar arzulayırıq.
Kopyalandı



