Şagirdimizin möhtəşəm uğuru.
"Sabirabadxəbər" xəbər verir ki, Sabirabad şəhər Nizami Gəncəvi adına 5 nömrəli tam orta ümumtəhsil məktəbinin 10-cu sinif şagirdi Murad Mirzəzadə beynəlxalq idman arenasında böyük nailiyyət əldə edərək ölkəmizi və məktəbini layiqincə təmsil edib.
Moskvada keçirilən Powerlifting üzrə Avropa Çempionatında (WPPL – World Professional Power League) iştirak edən gənc idmançı yüksək nəticələri ilə diqqət mərkəzinə düşüb. 52 kiloqram çəki dərəcəsində mübarizə aparan Murad Mirzəzadə yarış boyunca güclü rəqiblər üzərində üstünlük qazanaraq 5 qat Avropa çempionu adına layiq görülüb. Bununla yanaşı, o, öz çıxışı zamanı 4 Avropa rekordunu yeniləyərək turnirin ən parlaq nəticələrindən birinə imza atıb.
Bu möhtəşəm nailiyyət Muradın idmana olan böyük həvəsinin, zəhmətinin və əzmkarlığının nəticəsi kimi qiymətləndirilir. Onun uğurlu çıxışı həm məktəbin kollektivində, həm də rayon ictimaiyyətində böyük sevinc və qürur hissi yaradıb.
Qeyd edək ki, yarışın nəticələrinə əsasən Murad Mirzəzadə WPPL – Dünya Professional Power League federasiyasının rəsmi vəsiqəsini də əldə edib. Bu vəsiqə gənc idmançıya gələcəkdə daha böyük beynəlxalq yarışlarda iştirak etmək imkanı yaradacaq.
Murad Mirzəzadəni təbrik edir, ona gələcək fəaliyyətində yeni-yeni uğurlar, daha böyük qələbələr və idman zirvələrini fəth etməyi arzulayırıq!
N.Quliyeva





