Şrift ölçüsü:
Çap et
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Rasim Balayev vəfat edib.
"Sabirabadxəbər" xəbər verir ki, bu barədə onun oğlu Asim Balayev məlumat verib. Məşhur aktyor Türkiyənin İstanbul şəhərində yerləşən “Memorial” xəstəxanasında dünyasını dəyişib. O, bir müddətdir səhhətində yaranmış ciddi problemlərlə əlaqədar müalicə alırdı.
R. Balayev ağciyər xərçəngi və şəkər xəstəliyindən əziyyət çəkirdi.
Kopyalandı



