• 04.03.2026 » 17:14

Xizək alpinizmi üzrə Avropa çempionatı

Xizək alpinizmi üzrə Avropa çempionatı © sabirabadxeber.az
Şrift ölçüsü:

"SABİRABADXƏBƏR" xəbər verir ki, Martın 3-də Beynəlxalq Xizək Alpinizmi Federasiyası, Azərbaycan Qış İdman Növləri Federasiyası və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kuboku yarışlarının açılış mərasimi keçirilib.


Açılış mərasimində Beynəlxalq Xizək Alpinizmi Federasiyasının və Azərbaycan Qış İdman Növləri Federasiyasının nümayəndələri, həmçinin Azərbaycan, Türkiyə, İtaliya, İsveçrə, Sloveniya, Almaniya, İspaniya, Avstriya, Norveç, Bolqarıstan, Çexiya, Polşa, Rusiya Federasiyası, Slovakiya, Yunanıstan, Andorra və İsveçdən olan ümumilikdə 124 atlet iştirak ediblər.


Bu gün yarışlara start verilib. Yarışı gənclər və idman naziri Fərid Qayıbov, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Azərbaycan Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev izləyiblər.


Qeyd edək ki, Azərbaycanı bu yarışlarda milli komandanın 5 üzvü — Nəzrin Qəribova, Nəbiyulla Qələbəqiyev, Anid Sultanov, Abel İsmixanov və Nurid Şəkərəliyev təmsil edir.


Martın 8-dək davam edəcək yarışlarda U18 və U20 yaş kateqoriyalarında qadınlar və kişilər, eləcə də böyüklər arasında sprint, qarışıq estafet (mixed relay), fərdi və vertikal növlər üzrə mübarizə aparırlar.


#Gənclərİdman #AZESport #birki̇mi̇bi̇rli̇kdə

Azərbaycan Qış İdman Növləri Federasiyası


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva