• 26.03.2026 » 16:46

Xəbərdarlıq-Temperatur 5° enəcək, yollar buz bağlayacaq

Xəbərdarlıq-Temperatur 5° enəcək, yollar buz bağlayacaq © sabirabadxeber.az
Şrift ölçüsü:

Bakıda və Abşeron yarımadasında martın 27-si səhərdən 29-dək arabir yağış yağacağı, bəzi yerlərdə yağıntının intensiv xarakterli olacağı gözlənilir.

“Sabirabadxəbər” xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində gözlənilən qısamüddətli güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma halları istisna olunmur.

Azərbaycanın bəzi rayonlarında martın 27-dən 31-dək hava şəraitinin fasilələrlə intensiv xarakterli yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Martın 27-28-də ayrı-ayrı yerlərdə Quba-Qusar (Siyəzən, Şabran, Xızı, Quba, Qusar, Xaçmaz), Dağlıq Şirvan (Şamaxı, Ağsu, Qobustan) Mərkəzi Aran (Hacıqabul, Neftçala, Sabirabad, Salyan), Qarabağ və Şərqi-Zəngəzur (Ağdam, Xankəndi, Şuşa, Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan) bölgəsində yağıntıların güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarında, xüsusilə Quba-Qusar, Dağlıq Şirvan, Qarabağ və Şərqi Zəngəzur bölgələri ərazisindən axan çaylarda qısamüddətli daşqın və sel hadisələrinin baş verəcəyi ehtimal olunur.

Qeyri-sabit hava şəraiti ilə əlaqədar havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var.

N.Quliyeva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva