• 18.03.2026 » 11:09

TKT imtahanına qeydiyyat aparılır

TKT imtahanına qeydiyyat aparılır © sabirabadxeber.az
Şrift ölçüsü:

Mayın 16-da Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S. Axundov, 50) “Teaching Knowledge Test” (TKT) təşkil olunacaq.

"Sabirabadxəbər" DİM-ə istinadən   xəbər verir ki, imtahana qeydiyyat martın 29-dək davam edəcək.

Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzi olan Dövlət İmtahan Mərkəzi TKT kvalifikasiyasının 1, 2, 3, YL (Young Learners – azyaşlı öyrənənlərə dilin tədrisi), CLIL (Content and Language Integrated Learning – dilin məzmunla inteqrativ tədrisi) modulları üzrə imtahan təşkil edir.

Dövlət İmtahan Mərkəzi, həmçinin Kembric ingilis dili üzrə qiymətləndirmə (Cambridge English Qualifications), Kembric ingilis dili üzrə tədris (Cambridge English Teaching) imtahanlarını təklif edir. DİM tələb əsasında Kembric ingilis dili üzrə səviyyə testi (Cambridge English Placement Test - CEPT) də təşkil edir.

Əlavə məlumat almaq üçün international@dim.gov.az ünvanı ilə əlaqə saxlamaq mümkündür.

İmtahana gələn şəxslər şəkilli şəxsiyyət vəsiqəsini və “Confirmation of Entry” (CoE) sənədini (international@dim.gov.az ünvanından göndərilir) özləri ilə mütləq gətirməlidirlər. İmtahan otağına yalnız şəxsiyyət vəsiqəsi, su, sadə karandaş (göy diyircəkli qələmdən istifadəyə icazə verilmir), pozan və karandaşyonan aparılmasına icazə verilir.

N.Quliyeva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva