• 09.03.2026 » 08:00

Şirvanda qəbiristanlığın zəbt olunması iddiası – sakinlər narazıdır. FOTOLAR

Şirvanda qəbiristanlığın zəbt olunması iddiası – sakinlər narazıdır. FOTOLAR © sabirabadxeber.az
Şrift ölçüsü:

Şirvan şəhərində yerləşən qəbiristanlıq ərazisinin zəbt olunması ilə bağlı sakinlər tərəfindən narahatlıq doğuran iddialar səsləndirilir.

"Sabirabadxəbər" xəbər verir ki, Şəhər sakinlərinin bildirdiyinə görə, sözügedən ərazi vaxtilə keçmiş deputat tərəfindən məhz yerli əhalinin istifadəsi üçün ayrılıb və məqsəd insanların vəfat edən yaxınlarını burada sərbəst şəkildə dəfn etməsi olub.

Lakin son günlər yayılan görüntülərdə qəbiristanlıq ərazisinin hasara alındığı və giriş qapısının qıfıllandığı müşahidə olunur. Sakinlərin sözlərinə görə, bu vəziyyət onların yaxınlarını həmin ərazidə dəfn etməsinə maneə yaradır.

Məsələ ilə bağlı saytımıza müraciət edən vətəndaşlar bildiriblər ki, qəbiristanlığın kimlər tərəfindən zəbt edildiyi aydın deyil. Onların iddiasına görə, bəzi şəxslər həmin torpaq sahəsini dəfn üçün pul müqabilində satırlar. Bu isə yerli sakinlərin ciddi narazılığına səbəb olub.

Sakinlər aidiyyəti qurumları məsələyə aydınlıq gətirməyə və qəbiristanlığın əvvəlki kimi ictimai istifadəyə qaytarılması üçün tədbir görməyə çağırırlar. Onlar ümid edirlər ki, məsələ araşdırılacaq və qanunsuz hallara hüquqi qiymət veriləcək.

Hazırda məsələ ilə bağlı rəsmi qurumların mövqeyini öyrənməyə çalışırıq. Mövzu ilə bağlı əlavə məlumat əldə etdikcə oxucularımıza təqdim edəcəyik.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva