• 04.03.2026 » 23:24

"Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi

"Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi © sabirabadxeber.az
Şrift ölçüsü:

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir cavab oyunu keçirilib.

"SABİRABADXƏBƏR" xəbər verir ki, "Qarabağ" öz meydanında "Şamaxı"nı qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüş Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi ilə bitib. Bununla da Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv növbəti raunda adlayıb.

Komandalar arasında Şamaxıda keçirilmiş ilk matçda meydan sahibləri 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, 1/4 final mərhələsinin digər cavab görüşləri martın 5-də reallaşacaq. Kubokun ilk yarımfinalçısı “Zirə” olub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva