• 28.02.2026 » 18:00

Xamenei xalqa müraciət edəcək

Xamenei xalqa müraciət edəcək © sabirabadxeber.az
Şrift ölçüsü:

İranın Ali Lideri Ayətullah Seyid Əli Xameneinin yaxın saatlarda xalqa müraciət edəcəyi gözlənilir.

“SABİRABADXƏBƏR” “Fox News”a istinadla xəbər verir ki, müraciətin ABŞ və İsrailin başlatdığı “Operation Epic Fury” (Epik Qəzəb) və “Lion’s Roar” (Şirin nəriltisi) əməliyyatlarına cavab olaraq ediləcəyi bildirilir.

Nəşrin mənbələrinə görə, hücumların əsas hədəflərindən biri İran parlamenti ( İslam Şurası Məclisi) və Ali Liderin iqamətgahı olub. İsrail ordusunun Ali Liderin yaşadığı əraziyə bir neçə dəqiq zərbə endirdiyi təsdiqlənib.

“Reuters”in məlumatına görə isə, Xamenei hücumlar başlamazdan əvvəl Tehrandan çıxarılıb və hazırda gizli, yüksək səviyyədə qorunan təhlükəsiz yerdədir.

Qeyd edək ki, İranın rəsmi mənbələri Prezident Məsud Pezeşkianın təhlükəsizlikdə olduğunu və dövlət idarəetməsində heç bir boşluğun yaranmadığını vurğulayırlar. Paytaxt Tehranda hərbi obyektlərə və hökumət binalarına yaxın ərazilərdə dağıntıların olduğu bildirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva